Əlcəzairin rəsmi xəbər agentliyi France 24” telekanalının ünvanına tənqidlər səsləndirdi



 17:42 31.07.2023     375

Əlcəzairin rəsmi xəbər agentliyi “APS” France 24” telekanalının ünvanına sərt tənqidlər səsləndirilib.

Demedia.az xəbər verir ki, agentlik telekanalın Əlcəzairin müxtəlif bölgələrində baş verən yanğınlarla bağlı yayımlarına etiraz edib. Məqalədə, “France 24” kanalı “zibil kanalı” kimi qələmə verilib.

“Fransa 24... zibil kanalı” başlıqlı məqalədə deyilir: “Aralıq dənizi hövzəsinin əksər hissələrinin alov içində olduğu bir vaxtda, “France 24” kanalı Əlcəzairi hədəfə almaqdan başqa heç nə tapmadı”.

Məqalədə kanalın “Əlcəzairi hədəfə alaraq, mətbuatın prinsip və qaydalarını tamamilə pozaraq əsas peşə etik qaydalarına hörmət etmədiyi” bildirilib.

Bahadur Seyidov