Yaponiyada qasırğa səbəbindən azı 420 reys təxirə salınıb



 11:19 01.08.2023     308

Yaponiyanın Okinava əyalətinə “Khanun” qasırğası səbəbindən azı 420 reys təxirə salınıb.

Demedia.az xəbər verir ki, reyslərin təxirə salınması nəticəsində azı 50 min sərnişin zərər çəkib. Naha və Miyako hava limanlarının terminalları müvəqqəti bağlanıb. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, “Khanun” tayfunu əyalətin mərkəzi Naha şəhərindən 200 kilometr cənub-şərqdə dəniz üzərində qərb-şimal-qərb istiqamətində hərəkət edir.

Yerli hakimiyyət orqanları daşqın və sürüşmə, eləcə də güclü külək barədə xəbərdarlıq edib.

Bahadur Seyidov