“Beşiktaş” “Milan”ın ulduzunu heyətinə qatmağa çalışır



 12:05 01.08.2023     339

Transfer işlərini davam etdirən “Beşiktaş” “Milan”ın ulduzunu heyətinə qatmağa çalışır.

Demedia.az xəbər verir ki, “Beşiktaş” “Milan”ın braziliyalı hücumameyilli futbolçusu Junior Messiasla danışıqlar aparır. Məlumata görə, “Beşiktaş”ın İtaliya nəhəngi ilə danışıqlarda razılaşmaya yaxındır. Bildirilir ki, “Milan” Junior Messias üçün 3 milyon avro tələb edir. 32 yaşlı futbolçu “Beşiktaş”a keçməyə razılıq verib.

Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl “Milan”ın digər futbolçusu Ante Rebiçi heyətinə qatıb. Geridə qoyduğumuz mövsümdə "Milan"da 36 oyun keçirən Messias 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahadur Seyidov