Bayden ABŞ Kosmik Komandanlığının qərargahının daimi olaraq Koloradoda qalmasına qərar verib



 12:16 01.08.2023     338

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampın dövründə Alabama ştatına köçürülən ABŞ Kosmik Komandanlığının qərargahının daimi olaraq Koloradoda qalmasına qərar verib.

Demedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Bayden yüksək rütbəli hərbi rəhbərlərlə müzakirələrdən sonra ABŞ Kosmik Komandanlığının qərargahının daimi yeri olaraq Kolorado Sprinqsi seçib.

“Bu, həm də komandanlığa təcavüzün qarşısını almaq və milli maraqları müdafiə etmək üçün hərbi kosmos qüvvələrini çoxdomenli qlobal əməliyyatlara ən effektiv şəkildə planlaşdırmağa, icra etməyə və inteqrasiya etməyə imkan verəcək” - Müdafiə Nazirliyinin açıqlamasında deyib.

Bahadur Seyidov