Böyük Britaniyanın xarici işlər naziri Afrikaya səfər etdi



 14:27 01.08.2023     385

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tərəfdaşlıqları gücləndirmək üçün başladığı Afrika turunun ilk dayanacağı Qanaya səfər edib.

Demedia.az xəbər verir ki, Qananın paytaxtı Akkrada Kleverlini yüksək səviyyəli rəsmilər, eləcə də xarici işlər naziri Şirli Ayorkor Boçvey qarşılayıb. Kleverli hava limanında keçirilən “Britaniya-Qana Qızıl Mədən Proqramı”nın açılış mərasimindəki çıxışında Qana ilə krallıq arasındakı əlaqələrin tarixi olduğunu bildirib. Onun sözlərinə görə, qızıl hasilatı proqramı çərçivəsində əməkdaşlığı artırmaq üçün iki ölkə birgə işləyir.

Qeyd edək ki, proqram çərçivəsində Böyük Britaniya Qananın 3 regionda qeyri-qanuni qızıl hasilatına qarşı mübarizəsini dəstəkləmək üçün 3,9 milyon funt sterlinq ayıracaq.

Bahadur Seyidov