Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum təşkil edib



 14:46 01.08.2023     297

Ukrayna ordusu paytaxt Moskva və Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada Ukraynaya məxsus 2 PUA-nın Moskva vilayətinin Odintsovo və Naro-Fominsk rayonları üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, 1 PUA-nın zərərsizləşdirildiyi bildirilib. Məlumata görə, hadisə nəticəsində fəsadlar qeydə alınmayıb.

Qeyd edək ki, Ukrayna Rusiyaya PUA-larla hücumları intensivləşdirib. Bundan əvvəlki hücumlar zamanı fəsadlar qeydə alınıb.

Bahadur Seyidov