Zelenski ABŞ-ın tapşırıqlarını yerinə yetirir - Rusiya XİN
Ukrayna Prezidenti Vladimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur.
Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. O bildirib ki, Ukrayna belə hücumlarla daha çox dəstək almağa çalışır.
"Hücumlar Zelenskiyə nəyə lazımdır? Birincisi, çünki o belədir. O, kökündən çürükdür və qaranlıq tərəfə xidmət edir. O, şantaj edir. Ağ Ev ona daha çox kömək etməyə hazırdır” – Zaxarova deyib.
Hücumlarla bağlı jurnalistlərin suallarını cavablandıran Kremlin sözçüsü Dmitriy Peskov lazımi tədbirlərin görüldüyünü ifadə edərək, "Lazımi tədbirlər görülür. Bu məsələni yalnız ordu şərh edə bilər” deyə bildirib.
Bahadur Seyidov