"Liverpul"da yeni kapitan bəlli olub



 15:24 01.08.2023     313

Premyer Liqada yeni mövsümə hazırlaşan "Liverpul"da yeni kapitan bəlli olub.

Demedia.az xəbər verir ki, "Liverpul" Cordan Hendersonun komandadan ayrılmasından sonra Vircil van Deykin kapitan təyin edildiyini açıqlayıb. Mersisaydlıların açıqlamasına görə, yeni kapitan Vircil van Deyk, ikinci kapitan isə Trent Alexander Arnold olub.

Qeyd edək ki, Cordan Hendersonla yanaşı, komandanın veteranlarından Ceyms Milner də komandadan ayrılıb. Henderson 12 milyon funt-sterlinqə “Əl-İttifaq”, Milner isə Premyer Liqa komandalarından olan "Brighton"la müqavilə imzalayıb.

Bahadur Seyidov