Müharibə tamamilə Rusiya ərazisinə keçəcək - Podolyak



 15:59 01.08.2023     293

Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak bildirib ki, müharibə tamamilə Rusiya ərazisinə keçəcək.

Demedia.az xəbər verir ki, Podolyak sosial media hesabında Moskvaya edilən dron hücumlarını dəyərləndirib.

"Moskva sürətlə tammiqyaslı müharibəyə gedir və bu müharibə tamamilə Rusiya ərazisinə keçəcək” - deyə Podolyak bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin PUA-larla paytaxt Moskva və Moskva vilayətinə hücumlar həyata keçirdiyini açıqlayıb. Məlumata görə, PUA-lar havada zərərsizləşdirilib. Moskva vilayətinin Odintsovo və Narofomonisk rayonları üzərində havada 2 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edilib.

Bahadur Seyidov