Bolqarıstan ordusunda kadr çatmır



 16:07 01.08.2023     308

Bolqarıstan ordusunda kadr çatışmazlığı var.

Demedia.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev açıqlama verib. Bolqarıstanın xəbər agentliyinin məlumatına görə, müdafiə naziri Todor Taqarev Bolqarıstan ordusundakı kadr çatışmazlığı ilə bağlı açıqlamalar verib. O, orduda təxminən 20 faiz kadr çatışmazlığı olduğunu bəyan edib. Kadr çatışmazlığının 20 faiz olduğunu bildirən Taqarevin sözlərinə görə, bu göstərici nəzərə alındıqda kadr potensialının artırılması çətindir.

"Bu il ordunun şəxsi heyətinin maaşlarını artırdıq. Ümid edirəm ki, bu tədbir orduya marağı artıracaq. Amma bu kifayət etməyəcək. Problemin daha əhatəli həlli tapılmalıdır" - Todor Taqarev deyib.

Bahadur Seyidov