ABŞ Rusiyaya görə Şimali Koreyanı sanksiya ilə hədələdi



 16:25 01.08.2023     324

ABŞ lazım olarsa Ukrayna-Rusiya müharibəsində Rusiyaya dəstək verən şəxslərə və təşkilatlara,  Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə deyib. O mətbuata açıqlamasında Şimali Koreya ilə Rusiya arasında əməkdaşlığın artması ilə bağlı sualları cavablandırıb.

"Keçmişdə müxtəlif fəaliyyətlərinə görə Şimali Koreyaya bəzi sanksiyalar tətbiq etdik. Həmçinin, Rusiyaya müharibədə dəstək verən bəzi təşkilat və şəxslərə qarşı da sanksiyalar tətbiq etdik. Gələcəkdə bunu etməkdən çəkinməyəcəyik” – Metyu deyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Panmunjom atəşkəs sazişinin 70-ci ildönümü münasibətilə Pxenyanda təşkil edilən paraddakı iştirakını şərh edən Miller, “Müdafiə naziri Şoyqu Şimali Koreyaya tətil üçün getməyib” deyə bildirib.

Bahadur Seyidov