İtaliya və Fransa Nigerdəki vətəndaşlarını təxliyə edib



 12:14 02.08.2023     319

Nigerdəki hərbi çevrilişdən sonra İtaliya və Fransa ölkədəki vətəndaşlarını təxliyə etmək qərarına gəliblər.

Demedia.az xəbər verir ki, təxliyə prosesi artıq başa çatıb. Bu barədə İtaliyanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada təxliyyə əməliyyatının təhlükəsiz tamamlandığı bildirilib, "Əməliyyat sona çatdı. Evinizə xoş gəldiniz. Nigeri tərk edən 99 italiyalı və xarici sərnişin sağ-salamat geri qayıtdı. Əməliyyat İtaliya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşlığı ilə nəticələndi” - açıqlamada deyilir.

Qeyd edək ki, bundan əvvəl Fransa da oxşar açıqlama vermişdi.

Bahadur Seyidov