Rusiya ordusuna məxsus PUA Odessadakı Ukrayna hədəflərini bombalayıb
Rusiya ordusuna məxsus PUA Odessadakı Ukrayna hədəflərini bombalayıb.
Demedia.az xəbər verir ki, hücum zamanı taxıl anbarına da ziyan dəyib. Yerli dairələrin məlumatına görə, Rusiyaya məxsus pilotsuz təyyarə Odessanın cənubundakı liman və sənaye obyektlərinə zərbələr endirib və hücumdan sonra yanğının başlayıb. Ukrayna Hərbi Hava Qüvvələri bundan əvvəl Rusiya PUA-larının Dunaydakı əsas limanlardan İzmailə doğru uçduğunu bildirmişdi. Rusiya Türkiyə və BMT-nin vasitəçiliyi əldə edilmiş taxıl müqaviləsindən çıxdıqdan sonra Ukrayna limanlarını hədəfə almağa başlayıb.
Rusiya Ukraynanın Qara dəniz limanlarına doğru hərəkət edən gəmiləri də hədəfə almaqla hədələyib.
Bahadur Seyidov