El Salvadorda Kabanas əyaləti əsgərlər və polislər tərəfindən mühasirəyə alınıb



 14:25 02.08.2023     318

Mərkəzi Amerika ölkəsi El Salvadorda silahlı dəstələrlə mübarizə çərçivəsində Kabanas əyaləti əsgərlər və polislər tərəfindən mühasirəyə alınıb.

Demedia.az xəbər verir ki, Hondurasla sərhəddə yerləşən Kabanasda polis və hərbçilər dəstə üzvlərinin hərəkətini məhdudlaşdırmaq və dəstənin təchizat zəncirini qırmaq üçün birgə əməliyyata başlayıblar. Salvador prezidenti Nayib Bukele əməliyyatla bağlı sosial media hesabındakı açıqlamada bildirib ki, əməliyyatlara 7 min əsgər və 1000 polis cəlb edilib.

Onun sözlərinə görə, bütün cinayətkarlar tutulana qədər mühasirə davam edəcək. Bukele, bəzi dəstə üzvlərinin Cabanasda gizləndiyinin müəyyən edildiyini və buna görə də bütün vilayəti mühasirəyə aldıqlarını bildirib.

Bahadur Seyidov