Şimali Koreya Fransa və Cənubi Koreyanın birgə təlimlərini tənqid edib



 14:50 02.08.2023     307

Şimali Koreya ilk dəfə birgə hava təlimləri keçirən Fransa və Cənubi Koreyanı tənqid edib.

Demedia.az xəbər verir ki, Şimali Koreya Fransa və Cənubi Koreyanın təlimlərinin hərbi təxribat olduğunu bəyan edib. Pyonyandakı Koreya-Avropa Assosiasiyasından tədqiqatçı Ryu Kyonq-çol təlimin Koreya yarımadasında gərginliyi artıran “məsuliyyətsiz hərəkət” olduğunu irəli sürüb. Ryu təlimi Şimali Koreyanın təhlükəsizliyini və maraqlarını təhdid edən “hərbi təxribat” kimi qiymətləndirərək, bu hərəkətlərin ABŞ-ın düşmənçilik siyasətini dəstəklədiyini bildirib.

Fransanın Koreya yarımadasına döyüş təyyarələri göndərməsini tənqid edən Ryu bildirib ki, Fransa Asiya-Sakit Okean bölgəsində əməyini israf etməyi dayandırsa yaxşı olar.

Bahadur Seyidov