Ukraynadan Polşaya daxil olanların sayı 14 milyona çatıb



 15:14 02.08.2023     308

Ukraynadan Polşaya daxil olanların sayı 14 milyon 182 mina çatıb.

Ölkəni tərk edənlərin sayı isə 12 milyonu keçib. Demedia.az xəbər verir ki, bu barədə Polşanın Sərhəd Mühafizəsi məlumat verib. Bildirilir ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana ölkəyə gələnlərin sayı sıxlaşıb.Təkcə son bir gün ərzində Ukraynadan ölkəyə 30 min 800 nəfər daxil olub. Polşanı tərk edən ukraynalıların ümumi sayının 12 milyon 399 min nəfər olduğu qeyd edilib. Polşa hakimiyyətinin açıqlamalarına görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.

Sərhəd keçidlərinin və qayıdışların eyni şəxslər tərəfindən həyata keçirilə biləcəyini bildirən səlahiyyətlilər, insanların sayına deyil, keçidlərin sayına nəzarət etdiklərini bildirirlər.

Bahadur Seyidov