BMT Cənubi Sudanla bağlı çağırış etdi



 15:42 02.08.2023     353

Birləşmiş Millətlər Təşkilatı Cənubi Sudanda dərinləşən ərzaq böhranının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Demedia.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Çjou Donqyu, Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Alvaro Lario Cənubi Sudana səfərindən sonra birgə bəyanatla çıxış ediblər. Ekstremal iqlim hadisələrinin Cənubi Sudanda böhrana səbəb olduğuna diqqət çəkilib.

Bəyanatda deyilir ki, təcili tədbirlər görülməsə və ərzaq təhlükəsizliyi, iqlim problemləri və təhlükəsizliyə sərmayə qoyulmasa, Cənubi Sudan ciddi humanitar böhranla üzləşəcək. "Cənubi Sudanda münaqişə, iqlim dəyişikliyi və artan xərclər dünyada aclığın ən yüksək səviyyələrindən birinə səbəb olur" - Makkeyn qeyd edib.

Bahadur Seyidov