Tailandda ən çox səs alan partiya koalisiyada yer almadı



 16:12 02.08.2023     307

Taylandda parlament seçkilərində ən çox səs toplayan “İrəli Fəaliyyət” partiyası koalisiyada iştirak etməyəcək.

Demedia.az xəbər verir ki, bu barədə seçkilərdə ikinci partiya olan “Pheu Thai” partiyasının lideri Çonlanan Şrikaev açıqlama verib. O bildirib ki, “İrəli Fəaliyyət”qurulacaq koalisiyada yer almayacaq. O, koalisiya hökumətinin digər partiyaların iştirakı ilə qurulacağını ifadə edib. Şrikaev baş nazir namizədlərinin zəngin iş adamı Srettha Thavisin olduğunu açıqlayıb. Qeyd edək ki, əhalisinin sayı 66 milyondan çox olan ölkədə 400 seçki dairəsində 52 milyon seçici səs verib. “İrəli Fəaliyyət” partiyasının lideri Pita Limjaroenrat baş nazirliyinə yeganə namizəd olub.

Deputatların və senatorların iştirakı ilə keçirilən səsvermədə Pita lazım olan 376 səsi ala bilməyib.

Bahadur Seyidov