Ukrayna PUA-sı rus gəmisinə hücuma cəhd edib



 16:53 02.08.2023     321

Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsi mülki gəmini müşayiət edən Rusiya hərbi gəmisinə hücum etməyə cəhd edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib. O bildirib ki, Kiyev rejimi Qara dənizin cənub-qərbində mülki gəmini müşayiət edən Rusiya hərbi gəmisinə növbəti hücuma cəhd edib. Ukraynaya məxsus PUA vaxtında müəyyən edilərək məhv edilib.

Bundan əvvəl də Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz dəniz vasitələri ilə Rusiyanın mülki nəqliyyat gəmilərinə hücum etməyə cəhd etdiyini açıqlamışdı. Hücumlar Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Bahadur Seyidov