Belçika Nigerdəki vətəndaşlarını təxliyə edib
Belçika Nigerdəki hərbi çevrilişdən sonra 15 vətəndaşını Fransa vasitəsilə təxliyə edib.
Demedia.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadja Lahbib açıqlama verib. O bildirib ki, Belçikanın 15 vətəndaşı Fransa təyyarəsi ilə Nigeri tərk edib. Hadja Lahbib Belçika vətəndaşlarının ilk qrupunun artıq Fransaya endiyini bildirib. Lahbib fransalı həmkarı Catherine Colonnaya təşəkkürünü çatdırıb və gələcək evakuasiyalar üçün əlaqə saxlayacaqlarını bildirib. Məlumata görə, Nigerdə təxminən 110 belçikalı var.
Qeyd edək ki, Niger Prezidenti Məhəmməd Bazum Prezident Mühafizə Alayının nümayəndələri tərəfindən saxlanılıb. Hərbçilər hakimiyyəti ələ keçirdiyini elan ediblər.
Bahadur Seyidov