Keniya Haitiyə qüvvə göndərir



 17:42 02.08.2023     326

Şərqi Afrika ölkəsi Keniya xaos və zorakılığı dayandırmaq üçün Karib hövzəsi ölkəsi Haitiyə 1000 nəfərlik polis qüvvəsi göndərir.

Demedia.az xəbər verir ki, bu barədə Keniyanın xarici işlər naziri Alfred Mutua açıqlama verib. O Haitidəki problemin tez bir zamanda həlli olmadığını, lakin Haiti xalqının probleminin həlli üçün məsuliyyət hiss etdiklərini ifadə edib. Alfred Mutuanın sözlərinə görə, Keniya Haiti polisinin hazırlanmasına və ölkənin sabitliyinə töhfə verəcək. Keniyanın təşəbbüsü dünyanın bir çox ölkələri tərəfindən yüksək qiymətləndirilib. Baham adaları yaradılacaq beynəlxalq qüvvəyə 150 ​​nəfər göndərəcklərini ifadə edib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Haiti polisinə dəstək çağırışı edib.

Bahadur Seyidov