Rusiya "Vostok"da qarpız yetişdirdi



 11:45 03.08.2023     371

Rusiyalı tədqiqatçılar arktik bazada uğurla qarpız yetişdirdiklərini açıqlayıblar.

Demedia.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutundan açıqlama verilib. Açıqlamaya görə, rus qütb tədqiqatçıları dünyanın ən soyuq yeri olan Antarktidadakı “Vostok” stansiyasında uğurla qarpız yetişdiriblər. “Vostok” stansiyasında layihəyə rəhbərlik edən aparıcı geofizik Andrey Teplyakov deyib ki, qarpızın dadı və ətri pis deyil.

Məlumata görə, eksperiment Arktika və Antarktika Tədqiqat İnstitutu ilə Elmi-Tədqiqat Aqrofizika İnstitutu və Rusiya Elmlər Akademiyasının Biotibbi Problemlər İnstitutu arasındakı birgə layihə çərçivəsində həyata keçirilib. Bildirilib ki, alimlər tərəfindən tərəvəzlərin yetişdirilməsi üçün”Vostok” bazasında əverişli temperatur və rütubət yaradılıb.

Bahadur Seyidov