Tunisin ilk qadın baş naziri Necla Buden istefaya göndərildi



 09:12 03.08.2023     296

Tunis Prezidenti Kays Səid ölkənin ilk qadın baş naziri Necla Budeni istefaya göndərib.

Demedia.azxəbər verir ki, ölkənin ilk qadın baş naziri olan Buden vəzifəsindən azad edildikdən sonra onun yerinə təyinat açıqlanıb. Prezident, Budenin yerinə əvvəllər Tunis Mərkəzi Bankının İnsan Resursları Direktoru vəzifəsində çalışmış Əhməd Haçaniyi təyin edib.

Haçani Tunisin Prezident sarayında Prezident Səidin də iştirak etdiyi tədbirdə and içib. Tunis lideri Kays Səid andiçmə mərasimindən sonra verdiyi açıqlamada, "Vətənimizi, ölkəmizi və sülhü qorumaq barədə çətinliklərimiz var. Xalqımızın arzuladığı və tələb etdiyi ədaləti təmin etmək üçün çalışacağıq" deyə bildirib.

Bahadur Seyidov