Rusiya taxıl sazişinə qayıtmağa hazırdır - Peskov



 10:48 03.08.2023     368

Rusiya ilə bağlı şərtlər yerinə yetirildikdən sonra Rusiya dərhal taxıl sazişinə qayıtmağa hazırdır.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov Rusiyanın taxıl sazişinə qayıtmaq üçün danışıqlara hazır olub-olmaması barədə sualı cavablandırarkan bildirib ki, Qərb öhdəliklərinə əməl edərsə, Moskva sazişə qayıdacaq.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild taxıl sazişi barədə açıqlama vermişdi. O bildirmişdi ki, ABŞ-a Rusiyanın taxıl müqaviləsini müzakirə etməyə hazır olduğu barədə mesaj çatdırılıb. Rusiyə Qərbin öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, sazişdən birtərəfli qaydada çıxıb.

Bahadur Seyidov