Kataloniyada quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib



 12:25 03.08.2023     365

İspaniyanın Kataloniya bölgəsində quraqlıq səbəbindən 24 qəsəbədə fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, fövqəladə vəziyyət çərçivəsində kənd təsərrüfatında istifadə edilən suyun 80 faizi və sənaye sularının isə 25 faizi  məhdudlaşdırılıb. Hovuzların doldurulması ilə yanaşı, bağ və parkların suvarılması da qadağan edilib. Kataloniya Su Departamentinin direktoru Samuel Reyes, fövqəladə məhdudiyyətlərin kənd təsərrüfatı və sənaye sularından istifadəyə aid ediləcəyini və içməli suya təsir etməyəcəyini bildirib.

Su Departamentinin açıqlamasına görə, məhdudiyyətlər Kataloniyanın 26 min əhalisi olan 24 qəsəbəsinə aiddir. Məhdudiyyətlərin tətbiq olunacağı şəhərlərdə adambaşına düşən suyun miqdarı gündə 230 litrdən 200 litrə endiriləcək.

Bahadur Seyidov