Ukrayna ordusu Moskvanın qərbindəki Kaluqa bölgəsinə hücum edib



 11:25 03.08.2023     310

Ukrayna ordusu Moskvanın qərbindəki Kaluqa bölgəsinə hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun qarşısı alınıb. Məlumata görə, hücum zamanı Ukrayna 6 PUA-dan istifadə edib. Rusiya hava hücumundan müdafiə sistemləri 6 PUA-nın hamısını məhv edib. Hücum zamanı fəsadlar qeydə alınmayıb.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa da sosial media hesabında hava hücumundan müdafiə sistemlərinin bölgənin cənub-qərbində 6 PUA-nı vurduğunu və itki və dağıntı olmadığını bildirib.

Bahadur Seyidov