Braziliyada polisin narkotik qruplarına qarşı keçirdiyi reydlər nəticəsində 43 nəfər ölüb



 10:28 03.08.2023     337

Braziliyanın Rio-de-Janeyro, San-Paulu və Bahia ştatlarında polisin narkotik qruplarına qarşı keçirdiyi reydlər nəticəsində 43 nəfər ölüb.

Demedia.az xəbər verir ki, bu barədə Braziliya polisi açıqlama verib. Bildirilib ki, Rio de Janeyro şəhərində narkotik qruplarına qarşı təşkil edilən əməliyyat zamanı baş verən  qarşıdurmada 10 nəfər ölüb. Şəhərdə həyata keçirilən əməliyyatda öldürülən 10 nəfər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin rəhbərinin də olduğu bildirilib. San-Paulu əyalətində 5 gündür həyata keçirilən “Qalxan Əməliyyatı”nda aralarında polis olmaqla 14 nəfər həyatını itirib. Bahia əyalətində 19 şübhəli zərərsizləşdirilib.

Qeyd edək ki, San-Paulu sahilindəki Quaruja qəsəbəsində xüsusi təyinatlı polisin öldürülməsindən sonra başlayan “Qalxan əməliyyatı”nda polis 58 nəfəri saxlayıb və 385 kiloqram narkotik maddə ələ keçirib.

Bahadur Seyidov