Buenos-Ayresdə son 117 ilin ən isti avqust ayı müşahidə edilir



 12:54 03.08.2023     351

Argentinanın paytaxtı Buenos-Ayresdə son 117 ilin ən isti avqust ayı müşahidə edilir.

Demedia.az xəbər verir ki, qış aylarında Çilidə də isti müşahidə edilir. Çilinin bəzi yerlərində, xüsusən də şimalda temperatur 39 dərəcə selsiyə çatıb. Bu isə qış fəslində anomal haldır. Çili Meteorologiya Xidmətinin məlumatına görə, Coquimbo bölgəsindəki Vicuna Los Pimientos Stansiyasında 37 dərəcə Selsi qeydə alınıb ki, bu da qış ayları üçün ölkə üzrə ikinci ən yüksək temperaturdur. 1951-ci ilin avqustunda Kopiapoda maksimal temperatur 37,3 dərəcə selsi olub. Argentinanın paytaxtı Buenos-Ayresdə havanın temperaturu 30 dərəcəni keçib. Bu, 117 ildə ən ən isti avqust ayıdır.

Fermerlərə bitkilərin suya olan tələbatını nəzərdən keçirmək, suvarmanın miqdarını və tezliyini məhsulun tələbatına uyğun tənzimləmək tövsiyə olunub.

Bahadur Seyidov