Yunanıstanda 2010-cu ildən bəri ən isti iyul ayı yaşanıb



 14:52 03.08.2023     308

Yunanıstanda 2010-cu ildən bəri ən isti iyul ayı yaşanıb.

Demedia.az xəbər verir ki, bu barədə Yunanıstanın Meteorologiya Xidməti məlumat verib. 2010-cu ildən bəri apardığı müşahidələri qiymətləndirən Meteorologiya Xidmətinin hesabatına görə, bu ilin iyul ayında orta temperatur 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb. Son 14 ilin ən isti iyul ayının yaşandığı ölkədə 31 gündən 23-də temperatur mövsümi normaların üstündə olub. İyul ayında Kritdə havanın temperaturu mövsümi normalardan 2,8 dərəcə yüksək olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə orta hesabla 1,9 dərəcə olub.

Qeyd edək ki, rekord temperatur və aşağı rütubətin müşahidə edildiyi Yunanıstanda çoxsaylı meşə yanğınları baş verib.

Bahadur Seyidov