Rusiya Dunay çayı ilə əlaqəli limanlara hücum edib



 15:19 03.08.2023     390

Rusiya Dunay çayı ilə əlaqəli limanlara hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur İnkişafı naziri Aleksandr Kubrakov açıqlama verib. Kübrakov sosial media hesabındakı açıqlamasında Rusiyanın Ukrayna limanlarına PUA-larla hücumlar həyata keçirdiyini və fəsadların olduğunu açıqlayıb.

“Rusiya pilotsuz təyyarələri ilə bu limanlara hücum etdi. Bunlar qlobal ərzaq təhlükəsizliyinin əsasına çevrilən limanlardır. Ruslar anbarlara və taxıllara hücum etdi. Afrika ölkələri, Çin, İsrail və Türkiyənin gözlədiyi 40 min tona yaxın taxıl zərər gördü” - Aleksandr Kubrakov qeyd edib. Kubrakov dünyanın bu hücumlara etiraz etməli olduğunu və Ukrayna limanlarına hücumların bütün dünya üçün təhlükə olduğunu qeyd edib.

Bahadur Seyidov