Rusiya Norveçə cavab verdi



 15:29 03.08.2023     307

Rusiya Norveçin rus diplomatları üçün “dost olmayan ölkələr” siyahısına daxil edildiyini bildirib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya hökuməti açıqlama verib. Bildirilib ki, Norveç Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri edən “dost olmayan ölkələr” siyahısına daxil edilib. Açıqlamada vurğulanıb ki, sözügedən qərara uyğun olaraq, Norveçin Rusiyada fəaliyyət göstərə biləcəyi yerli kadrların sayı 27 nəfərlə məhdudlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Norveç 15 rusiyalı diplomatı ölkədən çıxarıb.

Bahadur Seyidov