Fransa Nigerdəki vətəndaşlarının təxliyəsini yekunlaşdırıb



 11:26 04.08.2023     318

Fransa Nigerdəki vətəndaşlarının təxliyəsini yekunlaşdırıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, Nigerdəki hərbçi çevrilişdən və Fransa səfirliyinə edilən hücumlardan sonra Fransa vətəndaşlarını bu ölkədən təxliyə etməyə qərar verib. Bildirilib ki, Paris administrasiyası 577-si Fransa vətəndaşı olmaqla 1079 nəfəri, həmçinin Almaniya, Böyük Britaniya, Kanada, Yaponiya və Braziliya da daxil olmaqla bir çox xarici vətəndaşı Nigerin paytaxtı Niameydən Fransaya təxliyə edib. Təxliyə əməliyyatı Fransanın Niameydəki səfirliyi, Müdafiə Nazirliyi və Baş Qərargah ilə razılaşdırılaraq həyata keçirilib.

Qeyd edək ki, devrilən hökumətin Fransa tərəfdarı olduğu bildirilirdi.

Bahadur Seyidov