Sudan ordusu paytaxt Xartumu bombalayıb



 11:43 04.08.2023     316

Sudan ordusu paytaxt Xartumun şimal və qərbində Çevik Dəstək Qüvvələrinin mövqelərini bombalayıb.

Demedia.az xəbər verir ki, ordu paytaxtın qərbindəki Umdurmandakı Kerari hərbi bazasından ağır artilleriya ilə Çevik Dəstək Qüvvələrinin Umdurman və Bahri şəhərlərindəki məntəqələrinə zərbələr endirib. Məlumata görə, ölkədə toqquşmalardan əvvəl Kerari hərbi bazası Çevik Dəstək Qüvvələrinin nəzarətində olub. Bildirilir ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar əsasən paytaxt ətrafında və ölkənin qərbində davam edir.

Beynəlxalq vasitəçilik səylərinə baxmayaraq tərəflər arasında davamlı atəşkəs əldə etmək mümkün olmayıb.

Bahadur Seyidov