Polşa və Litva liderləri "Vaqner"i müzakirə etdi



 11:52 04.08.2023     319

Litva prezidenti Gitanas Nauseda Polşanın baş naziri Mateuş Moravyeçki ilə bir araya gəlib.

Demedia.az xəbər verir ki, Polşa-Litva sərhədindəki Suvalki şəhərində bir araya gələn tərəflər “Vaqner” muzdluların Belarusa yerləşdirilməsi məsələsini müzakirə ediblər. Gitanas Nauseda bildirib ki, “Vaqner” üzvləri Belarusa yerləşdirildikdən sonra onlar ayıq-sayıqdırlar. Moraviecki ilə sərhəd təhlükəsizliyi mövzusunda məhsuldar görüş keçirdiklərini qeyd edən Nauseda “Vaqner” əsgərlərinin Belarusda olmasının Polşa, Litva və NATO müttəfiqləri üçün əlavə təhlükəsizlik riski yaratdığının vurğulayıb. Rusiya və Belarusun sərhəddə təzyiqləri artırdığını bildirən Moraviecki

"Təxribatların sayı artmaqdadır və onların artmağa davam edəcəyinin fərqindəyik. Bunlar sabitliyi pozmaq və NATO-nun şərq cinahının zəifliyini göstərmək üçün həyata keçirilən əməliyyat fəaliyyətləridir”. deyə bildirib.

Bahadur Seyidov