Ukrayna Rusiyanın iddialarını rədd etdi



 12:24 04.08.2023     308

Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsi Qara dənizdə Rusiya hərbi gəmisinə hücum etməyib.

Demedia.az xəbər verir ki, Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığının sözçüsü Natalya Qumenyuk Rusiyanın iddialarına belə cavab verib. O bildirib ki, iddialar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin belə açıqlamaları Moskvanın təxribatlarıdır.

"Heç bir sübut və ya fakt təqdim edilməyib, yalnız Rusiya Müdafiə Nazirliyinin açıqlaması var, başqa heç nə yoxdur. Bu açıqlama Ukrayna ilə əməkdaşlıq etmək istəyən gəmi sahiblərini qorxuya salmaq məqsədi ilə ola bilər”.

Gumenyuk bildirib ki, Ukrayna daha əvvəl Rusiyanın Qara dənizdə Kiyevin imicinə xələl gətirmək üçün təxribatlar hazırlaya biləcəyini bəyan etmişdi.

Bahadur Seyidov