Qırmızı dənizdəki gəmidən neft təxliyə edilir



 12:14 04.08.2023     302

Yəmənin Qırmızı dənizi sahillərində 8 ildir lövbər salan və ekoloji fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilən “Safer” neft tankerindəki neftin 60 faizi boşaldılıb.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının direktoru Achim Steiner sosial media hesabında məlumat verib. Steiner, gəmidəki neftin 60 faizinin başqa bir gəmiyə köçürüldüyünü bildirib. 2015-ci ildən Yəmənin Hudeydə sahillərində lövbər salan Yəmənin dövlət şirkətinə məxsus “Safer” tankerində 1 milyon bareldən çox neftin Qırmızı dənizə sızması təhlükəsi var idi.

Neftin tankerdən tam boşaldılmasının 20 milyard dollara başa gələcəyi qeyd edilib.

Bahadur Seyidov