Şimali Koreya sərhədi keçən ABŞ əsgəri barədə məlumat verib



 12:45 04.08.2023     326

Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığı Şimali Koreya sərhədini icazəsiz və qəsdən keçdiyi bildirilən ABŞ əsgəri Travis Kingin saxlanıldığını bəyan edib.

Demedia.az xəbər verir ki, BMT Komandanlığı Şimali Koreyadan hərbçi ilə bağlı məlumat tələb edib. Şimali Koreya əsgərin nəzarət altına alındığını bildirib. Pxenyanın məsələ ilə bağlı necə qərar verəcəyi ilə bağlı təfərrüat verə bilməyəcəyini bildirən BMT Komandanlığı ABŞ hərbçisinin azad edilməsi ilə bağlı məsələyə müdaxilə etmək istəmədiyini qeyd edib.

Qeyd edək ki, ABŞ əsgəri Cənubi Koreyada olarkən gizli formada əsgərlərlə birgə sərhədə gələrək, Şimali Koreyaya keçib.

Bahadur Seyidov