Fransadan Nigerdəki telekanalın fəaliyyətinin dayandırılmasına etiraz



 14:25 04.08.2023     308

Fransa “France 24” televiziyasının və “RFI” radiosunun Nigerdə yayımını dayandırmasını pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada Nigerdəki hərbi xunta bu iki kanalın yayımını dayandırdığı üçün tənqid edilib. Bəyanatda Nigerdə ​​“France 24” televiziya kanalının və “RFI” radiosunun yayımının dayandırılması qərarı “avtoritar repressiya addımı” kimi qiymətləndirilib. Açıqlamda qeyd edilir ki, yayımların dayandırılması fundamental hüquqların ciddi şəkildə pozulmasıdır. Açıqlamada Fransanın həmişə mətbuat azadlığını, ifadə azadlığını və jurnalistlərin müdafiəsini dəstəklədiyi qeyd edilib.

Qeyd edək ki, Nigerdə ​​Prezident Məhəmməd Bazum Prezident Mühafizəsi Alayının üzvləri tərəfindən saxlanılıb və ardınca hərbçilər hakimiyyəti ələ keçirdiyini elan ediblər.

Bahadur Seyidov