Sudan Efiopiya ilə sərhəd qapısını bağlayıb



 15:49 04.08.2023     353

Sudan Efiopiya ilə sərhəd qapısını bağlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Aljazeera” televiziyası Sudan hökumətindəki mənbələrinə əsasən məlumat verib. Bildirilir ki, Sudan Efiopiya ilə Qallabat sərhəd-keçid məntəqəsini bağlayıb. Bildirilir ki, Sudanın belə qərar qəbul etməsinə təhlükəsizlik məsələsi səbəb olub. Xəbərdə deyilir ki, Xartum hökuməti Efiopiyanın Qondar bölgəsində baş verən qarşıdurma və şiddət səbəbiylə sərhəd keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Sudan bundan əvvəl də oxşar qərar vermişdi. Sərhəd qapısı 3 həftə bağlı qalmışdı.

Bahadur Seyidov