Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya gedib



 15:42 04.08.2023     322

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya gedib.

Demedia.az xəbər verir ki, Şoyqu döyüşlərdə iştirak edən “Mərkəzi” qoşun qrupunun komanda mərkəzinə baxış keçirib. Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, Şoyqu komandanlıq mərkəzində apardığı yoxlama zamanı bölmə komandirlərindən mövcud vəziyyət və döyüşlərin gedişatı barədə hesabat alıb. Şoyqu Krasno-Limansk istiqamətində uğurlu hücum həyata keçirərək mühüm mövqeləri ələ keçirdikləri üçün qoşunlara təşəkkür edib.

Müzakirə zamanı bildirilib ki, qərb ölkələrinin silah arsenalı bitib və Ukraynaya yeni zirehli vasitələr və digər avadanlıqlar vermir.

Bahadur Seyidov