ABŞ Şimali Koreyanın dialoq təklifinə cavab vermir
ABŞ-ın dövlət katibi Antoni Blinken Şimali Koreya sərhədini keçən əsgər Travis Kinqi ölkəyə qaytarmaq üçün Pxenyanla əlaqə saxlamağa çalışdıqlarını, lakin cəhdlərinin cavabsız qaldığını açıqlayıb.
Demedia.az xəbər verir ki, “ABC” televiziyasına müsahibə verən Blinken, amerikalı hərbçinin ölkəyə qaytarılması üçün diplomatik vasitələrdən istifadə etdiklərini bildirib. Blinkenin sözlərinə görə, ABŞ hərbçinin vəziyyəti ilə bağlı Şimali Koreyadan məlumat almağa çalışsa da, Pxenyan dialoq qurmaq istəmir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığı amerikalı hərbçinin Şimali Koreya ilə sərhədi icazəsiz və bilərəkdən keçdiyini açıqlayıb.
Bahadur Seyidov