Rusiya Ukraynanın hərbi bazalarını bombaladı



 14:52 07.08.2023     303

Rusiya Ukraynanın Xmelnitski və Rivne vilayətlərindəki hava bazalarını uzaq mənzilli yüksək dəqiqlikli raketlərlə bombalayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov açıqlama verib. O bildirib ki, hərbi hava bazlarına havadan və dənizdən uzaqmənzilli raketlər atılıb. Məlumata görə, müəyyən edilmiş bütün obyektlər vurulub.

Zaporojye şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus raket və artilleriya mərmilərinin məhv edildiyini bildirən Konaşenkov, Zaporojye aviabazasında Ukrayna ordusuna aid təyyarələrlə birlikdə anqarların da məhv edildiyini bildirib.

Bahadur Seyidov