İraqda teleqrama giriş bloklanıb



 15:19 07.08.2023     305

İraqda teleqrama giriş bloklanıb.

Demedia.az xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyi məlumat verib. Bildirilib ki, teleqrama giriş hökumət tərəfindən bağlanıb. Məlumatda deyilir ki, qərar yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə qəbul edilib. Açıqlamada teleqramın bağlanması qərarı dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması ilə izah edilib. İraqda teleqramdan aktiv şəkildə istifadə edən İranın dəstəklədiyi şiə milislər bu addıma sərt reaksiya veriblər.

Sözügedən şiə milisləri bildirib ki, teleqramın bağlanması əmrini ABŞ səfiri hökumətə verib.

Bahadur Seyidov