Ukraynanın Moskvaya hücum cəhdinin qarşısı alınıb



 16:12 07.08.2023     299

Ukraynanın Moskva vilayətinə pilotsuz uçuş aparatı ilə hücum cəhdinin qarşısı alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Ukrayna PUA-ları Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Podolsk bölgəsində məhv edilib. Qarşısı alınan hücum zamanı fəsadlar qeydə alınmayıb. Moskva meri Sergey Sobyanin də sosial media hesabında pilotsuz təyyarənin Moskvaya girməyə cəhd etdiyini, lakin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini qeyd edib.

Ukraynanın bundan əvvəl 4 dəfə Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücum etdiyi, ölən və yaralananların olmadığı bildirilib.

Bahadur Seyidov