Çin və Filippin arasında gərginlik



 15:42 07.08.2023     292

Çinin Filippin qayığının Cənubi Çin dənizindəki mübahisəli qayalığa yaxınlaşmasına icazə verməməsi gərginliyə səbəb olub.

Demedia.az xəbər verir ki, Çin və Filippinin sahil mühafizə qrupları İkinci Tomas Şol kimi tanınan mübahisəli ərazilər arasındakı qaya yaxınlığında üz-üzə gəlib. Çinin sahil mühafizə gəmiləri Filippinin qayalıqdakı əsgərlərinə qida, su və yanacaq daşıyan iki qayıqdan birinə mane olub. Çin gəmiləri qayığa qarşı təzyiqli sudan istifadə edib. Filippinin Silahlı Qüvvələrinin bəyanatında deyilir ki, Çin gəmisi əsgərlərin  təhlükəsizliyinə məhəl qoymur. Filippin Çinin davranışını beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.

ABŞ Dövlət Departamenti gərginliklə bağlı Filippinə dəstək bəyanatı verib. Bəyanatda deyilir ki, Çinin hərəkətləri regional sülh və sabitliyə birbaşa təhdiddir.

Bahadur Seyidov