Bəhreyn Livandakı vətəndaşlarına çağırış edib



 16:58 07.08.2023     317

Bəhreyn Livandakı vətəndaşlarından ölkəni tərk etmələrini, Qətər isə vətəndaşlarını münaqişə zonalarından uzaq durmağa çağırıb.

Demedia.az xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi vətəndaşları öz təhlükəsizlikləri üçün Livana səfər etməməyə çağırıb. Qətərin Beyrutdakı səfirliyi də Livandakı vətəndaşlarına qarşıdurmaların baş verdiyi ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı da öz vətəndaşlarını Livan ərazisini tərk etməyə çağırıb və onları silahlı münaqişə bölgələrindən uzaq durmağa çağırıb. Bəzi ölkələrin təhlükəsizlik baxımından xəbərdarlıqlarından sonra Livanın baş naziri Nəcib Mikati ölkənin ümumi təhlükəsizlik vəziyyətinin həyəcan və panika səviyyəsində olmadığını bildirib.

Qeyd edək ki, Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi Ayn əl-Halvada Fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında qarşıdurmalar baş verib.

Bahadur Seyidov