Rusiya Şimali Koreyadan əlavə silah istəyib - ABŞ



 17:19 07.08.2023     297

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyaya səfəri zamanı Pxenyandan Moskvaya silah-sursat satışını artırmasını istəyib.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi belə deyib. Şoyqunun Şimali Koreya rəsmiləri ilə görüşdüyünü ifadə edən Kirbi bildirib ki, Rusiya Pxenyanadan Ukraynada ehtiyac duyduğu sursat satışının artırılmasını tələb edib. Kirbi iddia edib ki, Rusiya Çinin də dəstəyini almağa çalışır.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Panmunjom atəşkəs sazişinin 70-ci ildönümü münasibətilə Pxenyanda təşkil edilən hərbi parada qatılıb.

Bahadur Seyidov