Avropa İttifaqı Türkiyə BMT-nin səylərini dəstəkləyir



 17:42 07.08.2023     321

Avropa İttifaqı Türkiyə və Birləşmiş Millətlər Təşkilatının taxıl sazişi ilə bağlı səylərini dəstəkləməyə davam edəcək.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. O bildirib ki, Rusiya qidadan silah kimi istifadə etməyi dayandırmalıdır. Borrellin sözlərinə görə, tərəflər Rusiyanı Qara Dəniz Taxıl Müqaviləsinə qayıtmağa razı salmalıdır. Borrell, Rusiyanın razılaşmadan çıxmasının topdansatış buğda və qarğıdalı qiymətlərində artıma səbəb olduğuna diqqət çəkib.

Borell, Rusiyanın razılaşmadan çıxmasından sonra Ukraynanın taxıl anbarlarını və liman infrastrukturunu hədəf almasının da bu vəziyyətə təsir etdiyini vurğulayıb.

Bahadur Seyidov