Niger Nigeriya ilə diplomatik əlaqələri kəsib



 14:12 07.08.2023     304

Nigerdə ​​hərbi çevrilişdən sonra hakimiyyəti ələ keçirən hərbçilər qonşu ölkə Nigeriya ilə diplomatik əlaqələri kəsib.

Demedia.az xəbər verir ki, bu barədə Nigerin yerli mənbələri məlumat verib. Bildirilib ki, buna səbəb Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin üzvü olan Nigeriyanın Nigerdəki böhranı həll etmək səyləri olub. Nigerdə ​​hərbi çevrilişlə hökuməti ələ keçirən “Vətənin Mühafizəsi üzrə Milli Şura”nın sözçüsü Amadou Abdramane bildirib ki, Nigerin Abuca, Paris, Lome və Vaşinqtondakı səfirləri də işdən çıxarılıb.

Qeyd edək ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi hərbçiləri geri çəkilməyə çağırıb. Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigeri hərbi müdaxilə ilə hədələyib.

Bahadur Seyidov