ABŞ taxıl sazişinin bəndələrinin yerinə yetirilməsinə dəstək verməlidir - Peskov



 15:14 07.08.2023     279

ABŞ taxıl sazişinin Rusiya ilə bağlı bəndələrinin yerinə yetirilməsinə dəstək verməlidir.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Qərb sazişlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Peskovun sözlərinə görə, müqavilədəki Rusiya ilə bağlı bəndlər yerinə yetiriləndən sonra Moskva sazişə qayıdacaq.

"ABŞ-ın təhlükəsizliyi təmin etməsinə ehtiyac yoxdur. Taxıl müqaviləsi çərçivəsində təhlükəsizlik ABŞ olmadan da təmin edilib. Amerikalılar istəyirsə, taxılın Rusiya ilə bağlı bəndlərinin yerinə yetirilməsinə töhfə verməlidir. Onlar bunu nəzərə alacaqlarına söz verməkdənsə, bunu etməlidirlər. ABŞ bunu edən kimi taxıl sazişi yenidən qüvvəyə minəcək” - Peskov deyib.

Bahadur Seyidov